Xocavənd boyda Xocavənd tikilə bilinərdi
Xocavənd boyda Xocavənd tikilə bilinərdi
Pulalrın taleyindən isə xəbər yoxdur

Qısa zaman ərzində prezident İlham Əliyevin sərəncamı ilə bir sıra rayon ica başçıları tutduqları vəzifələri tərk etdilər. Bununla yanaşı korrupsiyaya qarşı başlanan mübarizə də bir sıra məmurları çıxılmaz duruma saldı. Müşahidəçilər hesab edir ki, məsələ bununla tamamlanmayacaq. Çünki korrupsiya ilə bağlı aparılan kifayət qədər araşdırmalar var və bu araşdırmaların nəticələri seçki öncəsi bəyan ediləcək.
Hətta vurğulanır ki, bir neçə nazir və komitə sədrinin , həmçinin icra hakimiyyətinin başçısı da bu siyahıda var. "Unikal"a daxil olan məlumata görə siyahıda ilk yerlədə duranlardan biri də Xocavənd rayon icra hakimiyyətinin abşçısı Eyvaz Hüseynovdur.
Ötən sayımızda qeyd etmişdi ki, Əbülfəz Elçibəyin prezident seçilməsindən qısa müddət sonra - 1992-ci il iyulun 2-də Xocavənd rayon icra hakimiyyətinin başçısı postuna təyinat alan Eyvaz Hüseynovun sonrakı hakimiyyət dəyişikliklikləri dönəmində öz görəvini necə qoruyub-saxladığı maraq doğurur. Cəbhə hakimiyyəti kadrları sonradan vəzifələrindən uzaqlaşdırıldığı halda onun 20 ili keçən icra başçılığının səbəbini anlamaq çətindir. Belə çıxmırmı ki, sabah hakimiyyət yenidən dəyişsə bir vaxtların cəbhəçisindən yapçıya çevrilən Eyvaz Hüseynov həmin anda da təzə hakimiyyətin "kadr"ına çevriləcək? Və bunu da qeyd etmişdik ki, Hüseynovun iqtidar içindəki himayədarı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Məhz Həsənov Xocavəndin cəbhəçi icra başçısının YAP hakimiyyəti dövründə də öz görəvində qalması üçün əlindən gələni edir.Bununla bağlı apardığımız araşdrımalar maraqlı nüansları aşkarladı. Əsas məsələlərdən biri budur ki, Xocavən icra hakimiyyəti başçısının əsas fəaliyyətlərindən biri Əli Həsənova məxsus ciddi biznes sahələrinə nazərət etməkdir. Mənbənin sözlərinə görə icra başçısının da rayondan kənarda böyük təsərüfat sahələri var , həm də Bakı və ətraf rayonlarda biznes şəbəkələri qura bilib. Bildirilir ki, bu səbəbdən Əli Həsənov icra başçısını qoruyur və onun səbəbinə ölkədə ət məhsullarının satışı bazarında böyük imkanlara sahibdir. Amma deyəsən Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovu bu dəfə Əli Həsənovda qoruya bilməyəcək. Çünki Xocavənd qəsəbəsinin yenidən salınması üçün ayrılan vəsaitin düzgün xərçlənmədiyi aşkarlanıb və bununla bağlı Maliyyə Nazirliyi konkret yoxlamalara hazırlıq görür. Bu baş verərsə aydın olar ki, ayrılan vəsaitlə daha böyük qəsəbə salmaq mümkünün imiş. Amma orada real pullar və bu tikinti həyata keçirən podarat şirkətlər yoxdur. Bu haqda gələn saylarımızda.