"Çelsinin sabiq futbolçusu Con Terri məşqçilik karyerasına başlayıb.

Unikal.org xəbər verir ki, Terrinin məşqçi kimi ilk iş yeri elə sabiq klubu "Çelsi olacaq. O, "təqaüdçülərin 23 yaşdan aşağı futbolçulardan ibarət komandasına rəhbərlik edəcək.

Terri bu postda Codi Morissanı əvəz edib. Morissa Frenk Lempardın baş məşqçisi olduğu "Derbi Kauntiyə gedib. Terrinin illik məvacibi 800 min funt olacaq.

Con Terri sentyabr ayında Moskva "Spartakın keçməyə yaxın idi. Ancaq futbolçu ailəsi ilə məsləhətləşdikdən sonar Rusiyaya getməkdən imtina etdi.

Terri "Çelsinin şərəfini 1998-2017-ci illərdə qoruyub. Ö, ötən mövsümü "Aston Villada keçirib.