Qəbələ futbol klubunun kapitanı ilə oyunu izləyən azarkeş bir-birini təhqir edib.

Unikal.org idmanxeber-ə istinadən xəbər verir ki, "Qəbələ - "Keşlə matçında ev sahibi komandanın kapitanı Cavid Hüseynovla yerli azarkeş  arasında insident baş verib.Oyunu izləyən azarkeşlərdən  biri "Qəbələnin kapitanının oyununu bəyənmərək ona "Cavid, yaxşı oyna, heyvan deyərək təpki göstərib.Qarşlığında isə Hüseynov ona dönərək "Heyvan sənin nəslindir cavabını verib.

Qeyd edək ki, oyun 1-1 hesabı ilə başa çatıb.