Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir. 

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.


14:36





Amid Əyyuboğlu