"Milanın baş məşqçisi Cennaro Qattuzo komandadan ayrılan Andre Silva haqda açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis Silvanın özünün komandadan ayrılmaq istədiyini deyib:

"Silva qalmaq istəmədi. Bunu ilk eşitdiyimdə, onu komandada qalması üçün razı sala bilməyəcimi bilirdim. Silvaya əsas heyətdə 25-30 oyun oynayacağına zəmanət vermirdim. Şübhəsiz ki, güclü futbolçudur, ancaq özü getmək istədi.

Bu mövsüm hər oyunda daha da yaxşı oynayırıq. Lakin ikinci hissələr bir az çətin olur. Buna diqqət etməliyik.

Andre Silva yay transfer pəncərəsi dövründə "Sevilyaya icarəyə verilib. "Sevilya mövsümün sonunda onun transfer hüququna sahib ola bilər.

Portuqaliyalı hücumçu La Liqada çıxdığı 7 qarşılaşmada 7 qola imza atıb.