Həvəskarlar Liqasında Aydın Karpuzlu əyalətində baş tutan matçdan qayıdan "İncirliova Belediyespor klubunun avtobusu qəzaya düşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzaya səbəb havanın yağmurlu olmasıdır. İdarəetməni itirən sürücü maneələrə çırpılaraq yol kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində 8 nəfər yaralasnıb. Yaralanan futbolçular və komanda üzvıəri təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qeyd edək ki, "Karpuzlu Belediyespor və "İncirliova Belediyespor klubları arasında baş tutan oyun 0-0 başa çatıb.