Türkiyəli futbolçular - Hamit Altıntopun və Nuri Şahinin ispaniyalı müfəttiş tərəfindən aldadıldığı məlum olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar "Realda forma geyinən Hamit Altıntop və Nuri Şahinlə yanaşı, 40-a yaxın idmançı ispaniyalı maliyyə müfəttişi tərəfindən aldadılıblar. Xəbərdə idmançıların vergi məsələsində aldadıldığı və ödənilən 6,5 milyon avronun bu müfəttiş tərəfindən müəyyənləşdirilən şirkətə köçürüldüyü bildirilir.

Aldadılan idmançıların arasında məşhur basketbolçuların da olduğu deyilir.