"Barselona 2017/2018 mövsümündə əldə etdiyi illik gəlir barədə məlumat yayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Barsanın illik gəliri 1,05 milyard avro olub. Bu da rekord göstərici sayılır. "Barselona dünya futbolunun tarixində bu göstəricini əldə edən ilk klubdur.

Klubun xalis gəliri 12,67 milyon avro təşkil edib. "Barsa 2018/2019 mövsümünü 1,105 milyard dollar gəlirlə başa vurmağı düşünür.

Komanda 2017/2018 mövsümündə İspaniya çempionu olub, İspaniya kubokunu qazanıb və Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib.