12 Dekabr 2018
Onlar məşğul olduqları idman növünün adını çəkməyə utanırlar – Federasiya prezidenti - VİDEO
MÜSAHİBƏ 14:26
  • A

Azərbaycanı uşu-sanda üzrə ilk və yeganə dünya çempionu Canpolad Budaqovun daha bir yarışdan görüntüsü yayılıb.

Yeni görüntülər və uşunun adından istifadə edib, özünü dünya çempionu adlandıranlarla bağlı Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının prezidenti, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy Unikal.org-a müsahibə verib:

- Bu kadrlar nə vaxt lentə alınıb?

- Bu görüntülər 2007-ci ildə İtaliyada keçirilən dünya çempionatındandır. Yarışa 6 nəfərlə qatılsaq da, təkcə Canpolad Budaqov gümüş medal qazanmışdı.

- Yəqin ki, özünü uşu-sanda üzrə dünya çempionu kimi təqdim edənlərdən xəbəriniz var. "Youtubeda da bununla bağlı çoxsayda kadrlar yer alıb. Bununla mübarizə etmək mümkün deyil?

- Bu şəxslərdən nəinki mənim , bütün idman ictimaiyyətinin xəbəri var. Bunlarla mübarizəni ilk növbədə gərək KİV- lər etsin. Amma çox təəssüf edici haldır ki, bu şəxslər KİV-lərə hər hansı vasitə ilə yol tapıb, öz yalanları ilə vətəndaşları aldadırlar və bununla da həmin KİV-lər də bu yalanların şəriki olurlar.

- Bu günə qədər uşu üzrə neçə idmançı beynəlxalq yarışara qatılıb?

- Uşu bildiyiniz kimi 1989-cu ildə yaradılıb və həmin ildən hər il bir neçə beynəlxalq yarışda iştirak etmişik. İştirakçıların sayı çox olduğu üçün demək çətindir .

- Neçə idmançı dünya çempionatında çıxış edib?

- Xatırladım ki, Uşu üzrə(sanda və taolu ) Dünya Çempionatları 2 ildə bir dəfə keçirilir. Bu da tək illərə düşür. Yəni ilk Dünya Çempionatı 2001 ci ildə keçirilib, gələn il 15-ci Dünya Çempionatı ÇXR -nın Şanxay şəhərində keçiriləcək. Cüt illərdə isə Ənənəvi növlər üzrə Dünya Çempionatı keçirilir .

Məhz Dünya Çempionatlarında bu günə kimi uşu sanda üzrə 45 idmançımız təmsil olunub və bunlardan bəzilərinin bir neçə çempionatda təkrar iştirak etidiyini nəzərə alsaq onda say azalar.
Dünya Çempinatlarında taolu üzrə isə 6 dəfə təmsil olunmuşuq .

- Uşuda Dünya eçmpionatından ümumilikdə neçə medalınız var?

- Uşu üzrə Dünya Çempionatları -İVUF

Sanda :

1993 Malayziya 1 gümüş ,1 bürünc
1995-ABŞ 1 gümüş
1997-İtaliya -1 gümüş
1999-HonqKonq 1 qızıl, 2 gümüş
2003- Makao 2 gümüş
2009-Kanada 1 bürünc
2017- 1 gümüş , 1 bürünc

Ənənəvi növlər üzrə (taolu ):

2006 -ÇXR 1 qızıl , 1 bürünc
2010- 1 gümüş ,2 bürünc

Dünya klublararası Dünya Çempionatı və Festivalı
Taolu

2007- 1 qızıl , 1 bürünc
2008- 2 qızıl
2009-HonqKonq -2 qızıl ,2 gümüş
2010- 2 qızıl, 1gümüş

Sanda :

2007- 2 qızıl
2008-HonKonq 2qızıl
2009-Honqkonq- 1 qızıl ,1 gümüş

Dünya kuboku yarışları Dünya Çempionatından sonrakı ildə keçirilir və bu mötəbər yarışa Dünya Çempionatında ilk 3 yeri tutan idmançılar adlı olaraq dəvət olunurlar . 2004-cü il Dünya Kuboku yarışında 2 və 2006-ci ildə 1bürünc medal qazanmışıq . Ötən ilki Dünya Çempionatında 1 idmançımız gümüş və 1 idmançımız isə bürünc medal qazandığı üçün onlar bu il noyabr ayında ÇXR -da keçiriləcək Dünya Kuboku yarışına adlı dəvət olunublar .

Avropa Çempionatlarındakı nəticələrimizi isə yazsaq çox uzun bir siyahı olar.

Bütün nəticələrimiz sənədlə, foto və video faktlarla təsdiqlənmiş Azərbaycanın idman tarixidir.

- Bəs sizin federasiyaya aid olmadan özünü "dünya çempionu kimi təqdim edənləri tanıyırsınız və onlarla haradasa qarşılaşıbsınız?

- Bəli tanıyıram. Görünən odur ki, onlar nədənsə həqiqətdə məşğul olduqları idman növünün adını çəkməyə utanırlar və nüfuzlu idman növü olduğu üçün uşunun adından istifadə edib özlərini reklam edirlər. Onlar anlamırlar ki illərlə sanda üzrə məşq edən, zəhmət çəkərək Dünya Çempionatlarında yer tutan və xüsusən yer tutmayan idmançıların haqqına girirlər. Yer tutmayanları xüsusi olaraq ona görə deyirəm ki, elə idmançılarımız var 10-15 ildir uşu ilə məşğul olur Avropa Çempionatında hətta qızıl və digər medallar qazanıblar lakin, Dünya Çempionatında yer tuta bilməyiblər. Amma yalançılar elə olur ildə 2 dəfə Dünya Çempionu olurlar və heç kim də bunlardan soruşmur ki bu necə idman növüdür ancaq "Dünya Çempionatı keçirilir, qitə yarışları isə yoxdur. Odur ki, iştirak etdikləri saxta Dünya Çempionatlarını da elə saxta federasiyalar təşkil edir.

Aygün İlqarqızı