19 Noyabr 2019
18 Noyabr 2019
Dağıstan Nurməhəmmədovun qələbəsini qeyd edir - VİDEO
Dağıstan Nurməhəmmədovun qələbəsini qeyd edir -VİDEO VİDEO 11:38 2018-10-07

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun Konor Makqreqorüzərində qazandığı qələbə Mahaçqalada böyük izdihamla qeyd edilib.

Unikal.org bildirir ki, irlandiyalı ilə çempion döyüşünün nümayiş etdirildiyi "Rusiya" kinoteatrının ətrafında idmançının fanatları bir neçə küçədə hərəkəti bağlayıblar. Onlar hərəkət zolağında rəqs edir, avtomobillərin üzərində atlanıb-düşür, hətta havaya atəş açıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Nurməhəmmədov 4-cü raundda Makqreqor üzərində qələbə qazanıb və UFC çempionu kəmərini qoruyub.