İlham Əliyevdən erməni lobbisinə sərt mesaj
İlham Əliyevdən erməni lobbisinə sərt mesaj

Ramil Səfərovun azadlığa çıxması qanunauyğundur

Ramil Səfərovun azadlığa buraxılmasından sonra Ermənistan tərəfi daha konkret addımlar ataraq beynəlxalq müstəvidə Azərbaycana qarşı kompanyaya start verdilər. Erməniləri ümidli edən əsas məsələ isə ABŞ və Rusiya kimi nüfuzlu təşkilatların Azərbaycanı tənqid etmələri oldu. Belə ki, ATƏT-in üzvü olan Rusiya və ABŞ Azərbaycanın bu addımını regonda sabitliyin pozulmasına təhlükə kimi dəyərləndirdilər.
Bunun davamı olaraq ATƏT_in minsk qrupuda eyni məzmunlu açıqlama ilə çıxış etdilər. Belə olan halda Ermənistan üçün münbit şərait yarandı və hesab edildi ki, artıq məsələni daha da qloballaşdırmaq olar və bu məqsədlə daha iri həcmli hucumlara start verildi. Məsələ o zaman həm də ciddi şəkil aldı ki, gözlənilmədən başqa məsələlərlə bağlı NATO-un baş katibi regiona səfər etdi. NATO-un baş katibi də səfər zamanı bir mənalı açıqlama vermədi. Belə ki, NATO baş katibi Anders Foq Rasmussen Ramil Səfərovun Azərbaycana qaytarılması və əfvindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı təhdid edən bəyanatlarla çıxış etməsi, bunun ardınca isə "ASALA" erməni terror təşkilatının Azərbaycan diplomatlarını terrorla hədələməsinə münasibət bildirib.
Baş katib Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında NATO-nun terrorizmin bütün formalarını pislədiyini bəyan edib: "Biz bütün siyasi liderləri terror bəyanatlarından çəkinməyə çağırırıq. Bölgəyə gəldikdə, burada gərginliyin azaldılmasına və əməkdaşlığın genişləndirilməsinə, gücləndirilməsinə ehtiyac var".
A. F. Rasmussen yaranmış vəziyyətdən narahat olduğunu da dilə gətirib: "Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirəm. NATO öz mövqeyini Çikaqo sammitində ifadə edib. Biz danışıqlarda birbaşa iştirak etməsək də, Minsk Qrupunun səylərini tam dəstəkləyirik".Çox maraqlıdır ki, son zamanlar Azərbaycan-Almaniya münasibətləri gərginləşsə də .Almaniya Bundestaqının üzvüləri və hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filip Misfelder Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar maraqlı fikirlər səsləndirib. Filip Misfelder bildirib ki, Avropa Birliyinin üzvü kimi Macarıstan Respublikası AB-nin hüquqi dövlət prinsiplərinə bağlıdır, ona görə də Budapeştin Ramil Səfərovun Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna heç bir şübhə yoxdur: "Bu səbəbdən Ermənistanın Macarıstanla diplomatik əlaqələrini dayandırması tamamilə yersiz addımdır. Ermənistan hökumətinin "bizim yaxın tərəfdaşımız olan Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsi Azərbaycanla Ermənistan arasında sülh prosesini təhlükə altına alır" iradı Macarıstanda mövcud olan Avropa ədliyyə və hüquq standartlarına uyğun gəlmir. Macarıstanla diplomatik əlaqələri kəsmək Ermənistan hökumətinin ölkəni Avropa Birliyinə daha da yaxınlaşdırmaq məqsədlərini təhlükə altına alır".
Filip Misfelder hesab edir ki, əslində, beynəlxalq hüquqla tanınmayan "Dağlıq Qarabağ Respublikası"nda 19 iyul 2012-ci ildə keçirilən qondarma "prezident seçkiləri" beynəlxalq birliyin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və normal qonşuluq münasibətlərinin yaradılması istiqamətində səylərinə ağır zərbə vurub: ""Prezident seçkiləri"nin birtərəfli nəticəsi Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli imkanlarını yenidən çətinləşdirib".
Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Guttingdə Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, O. Gutting bildirib ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: "Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın, beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər.
Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur.
Amma Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı əfv verən prezident İlham Əliyev nədənsə bu ittihamlara cavab vermirdi. Hazırda isə prezident İlham Əliyev kifayət qədər sərt bəyanatla çıxış edərək ünvanlanan ittihamları rədd etdi. "Ermənistan sülh danışıqlarında status-kvonu saxlamaq istəyir. Ona görə də bu məsələdən istifadə edir" Ermənistan tərəfi Ramil Səfərovun əfv olunması ilə bağlı hay-küy qaldırıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.Dövlət başçısı qeyd edib ki, R.Səfərovun Azərbaycana ekstradisiyası Avropa Konvensiyasına, əfv olunması isə Azərbaycan qanunlarına uyğun idi:"Kim deyir ki, bu məsələdə qanun pozulub, o, reallığı bilmir. Ermənistan sülh danışıqlarında status-kvonu saxlamaq istəyir. Ona görə də bu məsələdən istifadə edir".
Prezident xatırladıb ki, Parisin Orli aeroportunda avropalı və ABŞ vətəndaşlarının ölməsi ilə nəticələnən terror aktının iştirakçısı olan Ermənistan vətəndaşı olmaya-olmaya bu ölkəyə ekstradisiya edilmiş, əfv olunmuş və qəhrəman səviyyəsinə yüksəldilmişdi.
"Mən bizim zabiti həmin terrorçularla müqayisə etmək istəmirəm. Amma Ramil Səfərov 9 ilə yaxın öz cəzasını çəkib. Onun azad olunması qanunlara uyğun idi" - deyə, Prezident qeyd edib.Beləliklə bir daha prezident İlham Əliyev sübut etdi, istənilən təzyiqlərə baxmayaraq Azərbaycanın dövlət maraqları hər zaman qorunacaq.
Mehdi Əli