"Vergilər Nazirliyitərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1%artaraq44mlrd. manatı ötüb.

Unikal.org xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə,ticarətdə dövriyyə 18,4%, o cümlədən pərakəndə ticarət dövriyyəsi27,9%artıb:"Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergiödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı3dəfə azaldılıb.Dövlət Gömrük Komitəsi(DGK) ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Xüsusi olaraq, Vahid Risk Platformasının tətbiqini qeyd etmək istərdim. Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergiödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, DGK ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq.Nazir həmçinin qeyd edib ki, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib:"Tapşırığınıza uyğun olaraq, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri30istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla3dəfə artıb. Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki19%-dən3%-ə enib. İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri13mln. manatdan çoxdur. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75%artıb.