Hər hansı bir geyim dəb olanda onu tez alıb geyinmək istəyirik. Amma parçasından tikişinə qədər diqqət etməli olduğumuz bir çox hallar var. Çünki onlar bəzən sağlamlığımıza ziyanlı ola bilər.

Unikal.org bu dəfə sağlamlığımıza ziyan ola biləcək geyimlər haqda məlumat verir:

Dar şalvarlar - son illərdə çox dəbdədir. Ancaq dar şalvarlar qan dövranını çətinləşdirdiyi üçün bu insanda selülit yaradır və damarları üzə çıxardır. Dar şalvarlar həmçinin də vaginada infeksiya yarada bilər.

Dikdaban ayaqqabılar - sümük çıxıntısı, barmaqların formasının pozulması kimi ayaq problemləri dikdaban ayaqqabıların yaratdıqları fəsadlardı. Əgər dayanmadan dikdaban ayaqqabı geyinirsizsə və boyun ağrısı yaşayırsızsa daha sağlıqlı ayaqqabılar geyinməyə başlayın.

Sırğa - Sırğadakı metallar eqzemaya (dəri xəstəliyi) və bəzən də ki, ağır sırğalar qulağın cırılmasına səbəb olur. Buna görə də həkimlər məsləhət görürlər ki, qadınlar sırğa alarkən bunlara diqqət etsinlər.

Sıx kəmərlər - Həddən artıq sıx bağlanan kəmərlər damar genişlənmələrinə səbəb olur.

Dəri geyimlər - dəri geyimlər hər zaman dəbdədir. Amma süni dəridən hazırlanan paltarlar dəridə müxtəlif xəstəliyin yaranmasına səbəb olur. çünki onlar müxtəlif kimyəvi maddələrin köməkliyi ilə hazırlanır ki, bu da dəridə allergiya yarada bilər.

Eynəklər - Göz sağlamlığımız çox önəmlidir. Bəzən ucuzdur deyə istənilən eynəyi gözümüzə atxırıq. Onlar nədəq şık görünsələr də, əsas materialın nədən hazırlanmsıdır Belə ki, plastik maddədən hazırlanan eynəklər gözünüzə ziyandan başqa, heç nə verməz.