Türkiyəyə səfər edən azərbaycanlı iş adamının başına iş gəlib.

Unikal.org xəbər verir ki, Azərbaycan əsilli iş adamı Tahir Məmmədov Yenibosnada düşdüyü taksidə pencəyini unudub. Taksi sürcüsü daha sonra yoluna davam edib. Başqa bir sifariş üçün gedən sürcü təsadüfən arxa oturacaqda pencəyin olduğunu görür. Pencəyi əlinə alan sürücü Yakup Bayıroğlu içərisində 10 min dollar olduğunun fərqinə varıb. 42 yaşlı Bayıroğlu sərnişinin taksi sifariş verdiyi nömrəsinə zəng edərək pencəyini unutduğunu deyib və onunla görüşərək pulunu geri qaytarıb.

40 yaşlı iş adamı bu əməlinə görə taksi sürücüsünə təşəkkür edib.