25 Aprel 2019
24 Aprel 2019
Prezident və xanımı Qubada ulu öndərin abidəsini ziyarət etdilər
Prezident və xanımı Qubada ulu öndərin abidəsini ziyarət etdilər SİYASƏT 12:25 2018-10-11

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Unikal.org-un xəbərinə görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlət başçısına məlumat verib.