Bu günQuba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə birinci xanımMehriban Əliyevaaçılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***12:43

Oktyabrın 11-də Qubada "ABAD Factory İstehsalat Kompleksinin açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar.

***13:08

Oktyabrın 11-də "Qubaekoaqrar Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Unikal.org-un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Dövlət başçısı zavodu işə salıb.

***13:17

Quba şəhərində Gənclər Parkı salınıb.

Unikal.org xəbər verir ki, oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.