16 İyun 2019
15 İyun 2019
Federasiya prezidenti açıqladı: O, bir daha milliyə çağırılmayacaq
Federasiya prezidenti açıqladı: O, bir daha milliyə çağırılmayacaq İDMAN 13:23 2018-10-11

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit, Kərim Benzemanın milli komandaya çağırılıb-çağırılmayacağı haqda açıqlama verib.

Unikal.org xəbər verir ki, Qrit Fransa mətbuatına açıqlamasında Benzemanın bir daha milli komandaya dəvət almayacağını deyib:

"Benzemanın Fransa millisinə seçilmə şansı qalmayıb. Həm də uzun müddətdir ki, yaxşı oyun sərgiləmir. Matyu Valbuena ilə arasındakı söz-söhbətlər hələ bitməyib. Qərar çoxdan verilməli idi.

Benzema Fransa yığmasında 81 oyun keçirib, 27 qol vurub.

O, Fransa millisinin sabiq üzvü Matyu Valbuenayla yaşadığı münaqişə səbəbindən 2015-ci ildən yığmaya dəvət edilmir.


  • Federasiya prezidenti açıqladı: O, bir daha milliyə çağırılmayacaq