13 Dekabr 2018
Qarayev istefa verdi
İDMAN 18:27 2018-10-11
  • A

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Bu barədə  Unikal.org-a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi verəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.