13 Dekabr 2018
Polis narkotik vasitə satan şəxsi tutdu - CƏLİLABADDA
KRİMİNAL 19:51 2018-10-11
  • A

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.

Araşdırmalarla onun əvvəllər də məhkum olunmuş, rayonun Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu məlum olub.

N.Əsədullayevin satmaq istədiyi narkovasitənin çəkisi 1 kiloqramdan artıq tiryək olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.