Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb. 

Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.