İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər.

Unikal.org xəbər verir ki, bu barədə İranın kəşfiyyat nazirliyindən bildiriblər.

Qeyd edilir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib. Terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb.

Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.