Şabranda yeniyetmə ov zamanı ehtiyatsızlıqdan dostunu güllələyib.

Unikal.org  "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, rayon sakini, 18 yaşlı Mahir Şıxəliyev dostu, 15 yaşlı Elçin Bağırovla birlikdə ova gedib.

Mahir ovladığı quşları bişirən zaman dostundan tüfəngi ona gətirməsini istəyib. Elçin Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib və atəş açılıb.

Nəticədə dəgüllə Mahir Şıxəliyevin sağ tərəfdən sifətinə dəyib. Yaralı Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.