20 Mart 2019
19 Mart 2019
Eldar Quliyev QDİƏT PA-nın toplantısında iştirak edəcək
Eldar Quliyev QDİƏT PA-nın toplantısında iştirak edəcək SİYASƏT 15:18 2018-10-15

Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasına qatılmaq üçün Yunanıstana səfər edəcək.

Unikal.org xəbər verir ki, QDİƏT PA-nın növbəti iclası oktyabrın 16-19-da Yunanıstanın Kavala şəhərində keçiriləcək.

İclasda Azərbaycanı Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək, eyni zamanda E. Quliyevin adıçəkilən Komitənin iclasında çıxışı gözlənilir.