Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayının kəndə hücum etməsi və kənd sakini tərəfindən zərərsizləşdirilməsi barədə xəbər vermişdik. 
 
Bəs ayını öldürən şəxsi hər hansı bir cəza gözləyirmi?

Bu barədə Ekologiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Unikal.org-a açıqlama verib. O bildirib ki, kənd sakinin addımı özünümüdafiə xarakteri daşıdığı üçün onun barəsində hər hansı bir tədbir görülməyəcək.
Xatırladaq ki,  məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat vermişdi. O qeyd etmişdi ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub: "Aayı sonra uşaq bağçasının həyətinə daxil olub: "Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb".