Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.