Dəniz kənarından qıfıllanmış fotoşəkil tapılıb. Fotoşəkil iynələnib, dəsmala bükülüb və qara sap ilə bağlanıb. Bunun bir cadu olduğu güman edilir.

Unikal.org bildirir ki, bağlama Xəzər dənizinin kənarından tapılıb. Onu tapanlar qıfılı açaraq elə tapdıqları yerə də atıblar. Görüntülər "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

İlahiyyatçı Mirhəmid Məmmədov deyir ki, bəzi işbazlar insanların sadəlövhlüklərindən istifadə edərək, bunu gəlir mənbəyinə çevirirlər.

Vətəndaşların da cadu edən və etdirənlərə münasibətləri birmənalıdır.

Ümumiyyətlə, son vaxtlar insanları cadu etdirmək adı altında aldadanlarla bağlı çoxlu məlumatlar yayılır. İlahiyyatçılar isə bu əməlin İslamda yerinin olmadığını vurğulayırlar.