Space Tv-də teleaparıcı Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl dərdini danış verilişində inanılmaz anlar yaşanıb.

Unikal.org xəbər verir ki, övladından imtina edən ana oğlunun atası tərəfindən təhsildən yayındığını bildiriərək Amildən yardım istəyib. Böyük səs küyə səbəb olan ananın açıqlamaları ekspertlərin belə hiddətinə səbəb olub.

Teleaparıcı anaya görə yox, 9 yaşlı bir uşağın təhsilinə görə lazımı addımlar atacağını bildirib. Çəkiliş qrupu uşağın qaldığı evə yollanıb. Məlum olub ki uşaq heç birinci sinifə belə getməyib. Çəkiliş gəldiyini görən ata ilk olaraq polis orqanlarını təhqir edib. "Övladınızı təhsildən yayındırdığınıza görə siz cinayət daşıyırsız. Polisə belə cavab verəcəksiz deyən aparıcının sözünü kəsən İsmayıl adlı şəxs polisləri təhqir edib. Daha sonra isə daşla çəkiliş heyətinə hücum edib.

Bir az sonra əraziyə 16 ci polis bölməsinin əməkdaşları gəlib. Polislər gələnə kimi İsmayıl adlı şəxs evi tərk edib. Olduqca qeyri-adı davranışı olan adamın hərəkətləri bununla da bitməyib-¦

Amil Xəlil həmin şəxsin, "Mən zoram. Mən beləyəm. Heç kimdən çəkinmirəm dediyini bildirib. "Bu adam kimə güvənir? Kimdir onun arxasında dayanan? Dayanmadan hazırda yaşadığı qadını da söyən adam inanırıq ki, hüquq mühafizə orqanları tərəfindən lazımı cəzasını alacaq.

Olduğca maraqlı anların qeydə alındığı verilişi sizə tam olaraq təqdim edirik. Qeyd edək ki, sosial-kriminal layihə "GƏl Dərdini Danış həftə içi hər gün saat 16:00 da Space tv də Amil Xəlilin təqdimatında yayımlanır.