23 Mart 2019
22 Mart 2019
Kəpəzdə İNSİDENT – Futbolçu baş məşqçini döydü
Kəpəzdə İNSİDENT  – Futbolçu baş məşqçini döydü İDMAN 10:02 2018-10-18

Azərbaycan futbolunda daha bir şok olay yaşanıb. Gəncənin "Kəpəz komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb.

Unikal.org-un məlumatına görə, Gəncədəki mənbələrdən sport7.az-a daxil olan məlumatda bildirilir ki, gənc çalışdırıcını "Kəpəzin müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb.

Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.

Məlumat axşam saatlarında daxil olduğu üçün sayt "Kəpəzin mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənə bilməyib.