17 Noyabr 2019
16 Noyabr 2019
"Xəzər Lənkəran" Futbol Klubu fəaliyyətini dayandırdı?-
"Xəzər Lənkəran" Futbol Klubu fəaliyyətini dayandırdı?- HADİSƏ 16:20 2016-05-27


"Xəzər Lənkəran"nın fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilib.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.
İclasın yekununda qərara alınıb ki, "Xəzər Lənkəran" Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün "Xəzər Lənkəran" futbol klubu AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb. 
Əvvəlki illərdə olduğu kimi, klubumuz Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. "Xəzər Lənkəran" öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.