Xəbər verdiyimiz kimi, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində "Qarabağ futbol klubunun qapıçısı Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg markalı avtomobillə Bakıda qəza törədib.

Məsələ ilə bağlı "Qarabağ klubunun icraçı direktoru Emrah Çelikellə əlaqə saxladıq. Unikal.org-a danışan klub rəsmisi hadisədən xəbərsiz olduğunu deyib: 

"Bu barədə məlumatımız yoxdur. Amma qəzayla bağlı maraqlanacam. 

Qeyd edək ki, qəza nəticəsində 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Aygün İlqarqızı