19 Mart 2019
18 yaşlı qız dərmandan zəhərləndi
18 yaşlı qız dərmandan zəhərləndi HADİSƏ 13:49 2018-10-19

Tovuz rayonunda gənc qız dərmandan zəhərlənib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynova Gülnar Şahin qızı yüksək dozalı dərman qəbul edib.

Nəticədə G.Hüseynova zəhərlənmə ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

G.Hüseynova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.