Məşhur rəqqasə Aygün yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Unikal.org a24.az-a istinadən xəbər verir ki, rəqqasə həm iddialı, həm də atmacalı fikirlər səsləndirib. O, bu sənətdə lider olacağına dair söz də verib:

"Bu gün mən Aygün efirdə olan bütün rəqqasələri keçəcəm. Mən Fərhad Vəliyev məktəbi keçmişəm. Hansı rəqqasə belə bir məktəb keçib? Məni elə bir "canavar hazırlayıb ki, "çaqqallar mənə diş ata bilməz!

Daha sonra Aygün toylarda başına gələn maraqlı hadisələrdən bəhs edib.

"Bir dəfə məclislərdən birində bəy və gəlin üçün aş aparırdım. Gördüm ki, uzaqdan sərxoş bir kişi əlində 100 manatla yıxıla-yıxıla mənə doğru gəlir. Mən də fikirləşdim ayıbdır, əlini geri qaytarmayım. Pulu götürmək istəyəndə, arvadı özünü atdı üstümə. Kişini itələdi ki, rəqqasəyə 100 manat vermə. Dava düşdü. Həmin vaxt mənə də bir qapaz dəydi.