20 Mart 2019
19 Mart 2019
Çəkəni olmuşam, iyini bilirdim – Meşədən marixuana tapıb qurudan narkoman - VİDEO
Çəkəni olmuşam, iyini bilirdim – Meşədən marixuana tapıb qurudan narkoman - VİDEO KRİMİNAL 21:56 2018-10-19

Naftalanda narkotik istifadəçisi saxlanılıb.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, polis şöbəsinə Ağsu sakini İmadəddin Talıbovun üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub.

Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları həmin şəxsi şübhəli kimi saxlayıblar. Şöbədə Talıbovun üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotiki Qax rayonunda şəxsi istifadəsi üçün yığıb topladığını deyib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.