19 Mart 2019
18 Mart 2019
İki yük avtomobili toqquşdu, biri aşdı
İki yük avtomobili toqquşdu, biri aşdı HADİSƏ 09:01 2018-10-20

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un "Reporta istinadən məlumatına görə, hadisə saat 3:30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beynəlxalq daşımalarla məşğul olan qoşqulu yük avtomobili arxadan mişar daşı ilə yüklənmiş "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Onun Goranboy rayonunun Nadir kəndindən olan 1985-ci il təvəllüdlü sürücüsü Əliyev Zahir Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.