Səudiyyə Ərəbistan rəhbərliyi İstanbuldakı konsulluq binasında ərəb jurnalist Camal Kaşıqçının öldürüldüyünü rəsmən təsdiqləyib. 

Unikal.org xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Baş Prokurorluğundan rəsmi açıqlama verilib.

Açıqlamada bildirilir ki, 2 oktyabr tarixində Camal Kaşıqçının konsulluqda baş verən çaxnaşma zamanı öldürülüb. Törədilən cinayətlə bağlı, 18 nəfər həbs edilib. 

Bununla belə, Səudiyyə Ərəbistanının kəşviyyat nazirinin məsləhətçisi general Əhməd Asiri vəzifəsindən azad edilib. Kəşviyyat nazirliyinin yenidən qurulması üçün qərar verilib. 

Ərəbistan hökuməti həbs olunanların kimliyi və Camal Kaşıkçının cəsədinin harada olması barədə isə açıqlama vermir.