20 Mart 2019
19 Mart 2019
İmişlidə naməlum kişi meyiti tapıldı (YENİLƏNİB)
İmişlidə naməlum kişi meyiti tapıldı (YENİLƏNİB) HADİSƏ 09:00 2018-10-21

İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Bundan əvvəl İmişli sakininin iki nəfəri güllələdiyi xəbər verilmişdi.

*** 08:56

İmişli rayonunda meyit tapılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.