Çində kömür mədənlərinin birində uçqun baş verib.

Unikal.org xəbər verir ki, hadisə nəticəsidə 2 nəfər ölüb. Uçqun ölkənin Şandun vilayətində baş verib.Hadisə zamanı mədəndə 334 nəfər olub, onlardan 312-si yer üzünə çıxmağa nail olublar, lakin 22 mədənçi torpaq altında qalıb.

Axtarış-xilasetmə əməliyyatları nəticəsində bir nəfəri xilas etmək mümkün olub, lakin 19 nəfər hələlik yardım gözləyir.