Krımın Kerç şəhərində yerləşən kollecdə baş vermiş silahlı insidentin video görüntüləri yayılıb.

Unikal.org "Vesti Krım"a istinadən xəbər verir ki, kadrlarda Vladislav Roslyakovun tələbə və müəllimlərə atəş açdığı görünür.

Videoyazıda həmçinin kollecin otaqlarından birində partlayışın nəticələri müşahidə olunur.

Bundan əvvəl Kerç Politexnik Kollecində partlayış törətməkdə və atəş açmaqda şübhəli bilinən Vladislav Roslyakovun valideynlərinin cərimə ediləcəkləri məlum olub.