Şabran rayonunun ərazisində ağır yol qəzası baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, "VAZ markalı minik avtomobilin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.