24 May 2019
Sofiyanın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib?
Sofiyanın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib? CƏMİYYƏT 15:35 2018-10-23

Robot "Sofiyanın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot "Sofiya iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".

E.Niftəliyevin sözlərinə görə, "Sofiya 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.