Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi MMC (BTR) yenidən təşkil olunur.

Unikal.org xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, buna səbəb "Meqa-Telekom MMC-nin, eləcə də Rabitə qurğularının təmiri və tikintisi idarəsinin və Bakı Avtomat Telefon Qovşağının BTR-ə qoşulmasıdır.