Azərbaycanın bank sektorunun aktivləri bu il oktyabrın 1-nə 29 201,8 mln. manat təşkil edib.

Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.

Sektorun aktivlərinin 10 252,9 mln. manatını və yaxud 35,1%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 0,3% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 8,4% artaraq 25 089 mln. manata, o cümlədən cəmi depozit portfeli 18,8% artaraq 18 249,3 mln. manata çatıb. Bunun 8 114,9 mln. manatı fiziki, 10 134,4 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin banklardakı əmanətləri 15,9%, şirkətlərin banklardakı vəsaitləri isə 21,1% artıb.

Bu müddətdə bank sektoru Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 28,3% azaldaraq 409,3 mln. manata endirib.

Sektorun cəmi kapitalı isə 36,25% artaraq 4 112,8 mln. manat təşkil edib.