17 Noyabr 2019
16 Noyabr 2019
Əri qadını yandırdı və sonra əsəbindən güllələdi-ŞOK HADİSƏ
Əri qadını yandırdı və sonra əsəbindən güllələdi-ŞOK HADİSƏ HADİSƏ 13:10 2016-05-28

 
"NARKOTİK SATMAĞIMI ATANA DESƏN HƏR İKİNİZİ ÖLDÜRƏCƏM. BUNU İKİMİZDƏN BAŞQA HEÇ KİM BİLMƏMƏLİDİR" 

Türkiyənin Mersin şəhərində kişi aravının üzərinə benzin tökərək yandırıb və bundan hirisi soyumayan ər qadını güllələyib. 
 
Unikal.org xəbər verir ki, Mersində qadın həyat yoldaşının narkotik satdığını bildiyi üçün əri ilə mübahisə edib. 
Hadisə, Mersinin Yenişehir mahalında 22 May 2016 günü meydana gəldi. İddiaya görə, 3 uşaq anası Emine A. (25), 7 illik həyat yoldaşı Xəlil İbrahim A. dostları ilə birlikdə narkotik alveri etdiyi üçün onunla mübahisə edib.

"Söyləsən atanı və səni öldürərəm"

Gənc qadın yoldaşına bildirib ki, sənin bu iyrənc əməllərin barədə atama deyəcəyəm. Bu işi etmə deyərək xəbərdar edibi. Bunun üzərinə Halil İbrahim A, əgər söyləsən atanı və səni öldürərəm deyərək yoldaşını təhdid edib.

Dama narkotik əkirmiş

Atasının öldürülməsindən qorxan Emine A, bu vəziyyəti yalnız bacısıyla paylaşıb. Ötən bazar günü qonşusu evin damına çıxmaq istəyib. Ancaq damda narkotik əkili olduğu üçün ər yoldaşına əsəbləşərək, "bura bizdən başqa kimsə çıxa bilməz" deyə qışqırıb.
Emine A ərinə deyib ki, yenədə pis işlərlə məşğulsan deyəndə isə ər maye yanacaq stansiyasında aldığı benzini arvadının üzərinə tökərək yandırıb. Gənc qadın duşa qaçaraq xilas olmaq istəsədə ancaq hirsli ər yoldaşını duşdan çıxardıb çaxmağı çəkərək onu güllələyib.