"Brent" markalı Şimal dəniz neft qatışığının 2019-cu il yanvar fyuçerslərinin qiyməti 3,3 faiz aşağı düşərək bir barel üçün 72,64 dollar təşkil edib.

Unikal.org  xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərracların nəticəsində məlum olub.

Bu növ neftin qiyməti sonuncu dəfə cari il avqustun 22-də bir barelə görə 73 dollardan aşağı satılıb.

Bundan əvvəl "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar və yaxud 0,18% azalıb.