İraq ordusu və könüllülərdən ibarət dəstələt İŞİD-in nəzarətində olan Əl-Fəlucə şəhərini mühasirəyə alıblar.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu İraq ordusunun əməliyyat qərargahının rəisi Abdel Əmir əş-Şimari deyib.  
Onun sözlərinə görə, qoşunlar hazırda şəhərin mərkəzi rayonlarının 2-3 kilometrliyində mövqe qurublar: "Terrorçular xeyli sayda itki verirlər və geri çəkilirlər".  
Məlumata görə, Əl-Fəlucəyə paytaxt Bağdaddan əlavə olaraq  5 min xüsusi təyinatlı cəlb olunub.    
Əl-Fəlucədə hazırda şəhəri əməliyyatadək tərk edə bilməyən 50 mindən 90 minədək dinc sakinin qaldığı bildirilir.    
İŞİD  mühasirəni qırmaq üçün terrorçu-kamikadzelərin vasitəsi ilə təhlükəli hücumlar həyata keçirir. Onların Əl-Fəlucə ətrafındakı blok-postlarda törətdiyi üç partlayış nəticəsində 70-dən çox hərbçi həlak olub