Tailandın cənubunda 14 xarici turisti bir çimərlikdən digərinə aparan qayıq batıb.  
Unikal.org xəbər verir ki, böyük dalğalar qayığı sualtı qayalara çırparaq, onu yararsız hala salıb. Xəsarət alanları sahil xidməti əməkdaşları xilas edib. Dörd turist xəstəxanaya yerləşdirilib.  
Yerli mətbuatın məlumatına görə, qayıqda Rusiya, Çin, Polşa, İspaniya, Kanada və Suriyadan olan turislər olub. Buna bənzər hadisə yaxınlarda Tailandın Samui adası sahillərində də baş verib. Güclü dalğa içərisində 30 turist olan sürət qayığını çevirib və nəticədə dörd nəfər həlak olub.