Venesuelanın Truxilyo ştatının Andres-Belyo qəsəbəsində silahlı şəxslər 4-ü uşaq olmaqla, 12 nəfəri küçənin ortasında qətlə yetiriblər.  
 
Polis əməkdaşları hazırda motosiklet və avtomobillərlə hərəkət edən silahlıların müəyyən edilərək saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.
 
Polis  insidentdə səbəb kimi iki cinayətkar dəstə arasında ədavətin olmasını istisna etmir. Belə ki, qətlə yetirilən şəxslərdən iki nəfər barəsində qətllərə görə axtarış elan olunub. (APA)