20 Mart 2019
19 Mart 2019
160 saylı marşrut Ziya Məmmədovun qohumundan alındı - Qatarla toqquşandan sonra (FOTO)
160 saylı marşrut Ziya Məmmədovun qohumundan alındı   - Qatarla toqquşandan sonra (FOTO) HADİSƏ 11:31 2018-11-08

Paytaxtda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans MMC-yə həvalə edilib.

Qeyd edək ki, oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub. Avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı və 1 kişi ölüb, 40 nəfər xəsarət alıb.

Xatırladaq ki, "Ayşən LTD MMC-yə gəldikdə, son illərədək 7 marşut xəttinə sahib olan şirkətin direktoru İradə Əliyeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.

  • 160 saylı marşrut Ziya Məmmədovun qohumundan alındı   - Qatarla toqquşandan sonra (FOTO)