ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş olaacq.

Unikal.org-un məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, görüşün olacağını həm Moskva, həm də Vaşinqton təsdiqləyib.

Qeyd olunur ki, görüş G-20 sammiti çərçivəsində nəzərdə tutulub. G-20 sammiti 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.