Müəmmalar aradan götürüldü
Müəmmalar aradan götürüldü

Sərhədlərin açılmayacağı aydın oldu

Nəhayət Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatdı. Halbu ki, bu şuranın fəaliyyətinin başlamasın ciddi şübhələr var idi. Nəyə görə? Bu suala cavab verməmişdən öncə adı çəkilən qurumun nəyə görə vacib olmağına diqqət ayıraq.

Gündəlik işlək qurum

İki ölkə arasında artıq illərdi ki, strateji əməkdaşlıqlar olsada bunu daha effektli əməkdaşlıq halına gətirmək mümkün deyildi və bəzi hallarda digər məsələlərin həlli üçün baş nazir, pirezident səviyyəsində göstərişlərin verilməsinə ehtiyac yaranırdı. Bəzi hallarda isə ayrı-ayrı nazirliklərin əməkdaşlığı da müsbət effekt vermir və hiss olunurdu ki, bu əməkdaşlıqda da mərkəzdən qaçma halalrı var. Belə olan halda ilk dəfə ehtiyac yarandı ki, qeyri Hökümət Təşkilatlarının birgə fəaliyyətinin tənzimlənməsi ilə cəmiyyətlərin bir araya gəlməsinə nail olmaq olar və bundan sonra növbəti addımların atılmasına ehtiyac yaranar. Amma aydın oldu ki, hər iki cəmiyyətin bir-biri ilə əməkdaşlığı yüksək səviyyədidir və bu səviyyədə münasibətlər varsa hansısa
Xalq diplomatiyası imkanlarından yararlanmağa ehtiyac qalmır. Amma bunlardan üstün bir qrum olarsa, həm QHT-lərin birgə fəaliyyəti, diaspora təşkilatlarının sistemli fəaliyyəti, hökümətlər arası layihələrin daha aktiv həyata keçirilməsi kimi məsələlərdə öz həllini tapar. Belə bir qurumun yaradıması üçün qarşılıqlı razılaşma oldu və beləliklə də Starteji Əməkdaşlıq Şurası yaradıldı.

Şuranın strukturlaşması

Adı çəkilən Şura yaradıldı və qarşıda ciddi problemlər var idi. İlk növbədə adı çəkilən Şura
- Saxta erməni "soyqırımına" qarşı birgə fəaliyyət
- Xocalı faciəsinin tanıdılması
- Dağlıq Qarabağ probleminin həlində birgə fəaliyyət
- Enerji əməkdaşlığının işlənilməsi
- Cəmiyyətlərin inteqrasiyası
- Iqtisadi əməkdaşlıq və investisiyaların cəlbi
- Türkdilli ölkələrin əməkdaşlığının təmini
- Strateji proqramların işlənilməsi mərkəzin əsas fəaliyyəti idi. Amma bu fəaliyyəti reallaşdırmaq üçün daha çevik mexanizmədə nail olmaq lazımdır. Bu nə deməkdir?
İlkin araşdırmalar sübut etdi ki, mərkəzin qarşısına qoyulan ele problemlər var ki, bunun üçün həm də daha çevik işlər görülməlidir. Bəs bunlar nədir?
1. Hesab edilir ki, vətəndaş cəmiyyətləri mərkəzin fəaliyyətinə cəlb edilməli və sosial yönlü layihələr məhz bu xətlə həyata keçirlməlidir. Buna da qeyd edək ki, diasporaların birgə fəaliyyəti üçün bu model daha effektli ola bilər.
2. Mərkəz daxilində ciddi səlahiyyətlərə malik komissiyalar təsis edilməlidir. Məhz bu iki format gündəlik iş mexanizminə sahiblənir və nəticə də taktiki məsələlər bu komissiyalar əsasənda həlilini tapır.
Amma adı çəkilən Strtaeji Əməkdaşlı Şurasının fəaliyyəti uzun müddət hərəkətsiz oldu ki, bununda başlıca səəbi starteji fəaliyyət proqramının təsdiq olunmaması idi. Nəhayət ikinci toplantı baş tutdu və strateji və taktiki məsələlər həll olundu. İlk növbədə bunların nədən ibarət olduğuna və qarşılıqlı sənədlərin imzalanmasına baxaq.
Prezident İlham Əliyev və Türkiyənin baş naziri "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu"nu imzalayıblar.
"Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında "Türkologiya layihəsi" üzrə Əməkdaşlıq Protokolu"nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Yunus Əmrə İnstitutunun türkologiya əlaqələndiricisi Yasin Tunç, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu"nu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Türkiyə Radio-Televiziya Qurumu - TRT-nin baş direktoru İbrahim Şahin, "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kombinə edilmiş yük daşımalarının inkişafına dair Anlaşma Memorandumu"nu nəqliyyat naziri Ziya Məmmədov və türkiyəli həmkarı Binəli Yıldırım, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsinə dair Anlaşma Memorandumu" xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlu, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında Protokol"u Azərbaycanın Türkiyədəki səfiri F. Bağırov və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin rəhbəri Sərdar Çam, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında Saziş"i fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri B. Yıldırım, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimlənmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan imzalayıblar.
İmzalanan sənədlərdən aydın olur ki, ilk növbədə Şura daha çox iki ölkə mədəniyyətinin yaxınlaşması və mərkəzləşməsinə üstünlük verir. Bu sözsüz ki, vətəndaş cəmiyyətlərinin daha da intensivləşməsi və birgə fəaliyyəti çüün vacibdir.

Şuranı gözləyən
iki sınaq

Şuranın toplantısında ən önəmli məsələlərdən biri də dağlıq Qrabağ problemi ilə bağlı danışıqlar idi. Nəyə görə? İlk növbədə o səbəbdən ki, bir sıra ekspertlər hesab edir ki, sentyabrın sonu, oktyabr ayının əvvələrində Dağlı Qarabağ problemi ilə bağlı ciddi proseslərə start veriləck. Söhbət heç də danışıqların hansısa uğurla nəticələnməsindən və ya ermənilərin razılığa gəlməsindən getmir. Söhbət Ermənistan - Türkiyə sərhədlərinin açılmasından gedir. Məlumatlarda bildirilir ki, artıq ABŞ və Avropa Türkiyəyə təzyiqlərini daha da artırıb və artıq sərhəd davasından yayınmaq mümkün olmayacaq. Çox maraqlıdır ki, türkiyə tərəfi bu məsələyə öncə reaksiya verməsə də sonradan prezident Abdulla Gül bildirdi ki, Türkiyə_ermənistan danışıqları tükənməyib və bu proses davam edə bilər. Buna görə də hesab edilirdi ki, Şuranın toplantısında baş nazir Rəcəb Tayyib Ərdoğanla, prezident İlham Əliyev arasında bu məsələyə bir dəfəlik nöqtə qoyulacaq. Nəhayət ki, məsələyə bir dəfəlik həll olundu və bir daha baş nazir Türkiyənin konret mövqeyini açıqladı.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, başda təbii ki, ATƏT-in Minsk qrupu olmaqla bu məsələnin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz. Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik". Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Baş nazir qeyd edib ki, Türkiyənin atacağı bütün addımların məqsədi budur ki, hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır: "Bu, beynəlxalq qurumlar tərəfindən də "Bura Azərbaycanındır" deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur".
Baş nazir onu da vurğulayıb ki, rəsmi Ankara bu prosesdə maraqlı tərəf olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.
Şuranın toplantısında digər ciddi məsələ isə vizanın ləğvi ilə bağlıdır.
Türkiyə vizanın ləğvinə doğru addımlar atsada Azərbaycan tərəfi gözləmə mövqeyi tutdu və ekspertlət bildirdi ki, əslində bunu Azərbaycan İrana görə atıb. Çünki Türkiyə ilə viza ləğv olunarsa, İranla da eyni addımlar atılmalıdır. Amma İranla viza rejiminin ləğvi Azərbaycanın maraqlarına cavab vermirdi və bu səbəbdən məsələ açıq qalmışdı. Amma bu gün verilən bəyanatlardan aydın oldu ki , iki ölkə məsələni çözələyə bilib və Türkiyə Azərbaycan tərəfinin mövqeyi ilə razılaşıb.
Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında viza məsələsini baş nazir Ərdoğanla müzakirə edib: "Qərar qəbul edilib ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar - iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb".
Prezident İlham Əliyev onu da qeyd edib ki, bu prosedurlar tamamlanandan sonra Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. "Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq" - deyə, ölkə başçısı əlavə edib.
Eldəniz Elgün